“Turnirdə iştirak edəcək hər kəsə uğurlar arzulayıram. Avropa çempionatı bizim üçün yaxşı təcrübə olacaq. Çalışacağıq ki, uğurlu nəticə qazanaq”.
Newsport.az-ın məlumatına görə, bu sözləri Belçikanın U-17 millisinin kapitanı Zinyo Vanhözden deyib.
“A” qrupunda Azərbaycan, Şotlandiya və Portuqaliya ilə mübarizə aparacaq Belçika yığmasının aparıcı üzvü portuqaliyalıların favorit olması fikri ilə razılaşmayıb: “Portuqaliyanın bu qrupun aşkar favoriti olduğunu düşünmürəm. Bəli, onların çox yaxşı komandaları var. Amma biz də zəif deyilik”.
Vanhözden Azərbaycan yığması haqda da danışıb: “Çempionatdakı hər bir komanda güclüdür. Amma Azərbaycan yığması haqda geniş məlumata sahib deyiləm. Komandanızın nəyə qadir olduğunu ilk oyunda görəcəyik”.
Futbolxeber.az