Rahid Əmirquliyev Münhenə getdi

Azərbaycan milli komandasının və "Qarabağ”ın futbolçusu Rahid Əmirquliyevin zədə səbəbindən mövsümü bitirməsindən xəbərdarsınız.

Newsport.az saytının məlumatına görə, sağ ayağının qasıq nahiyəsindəki zədəyə görə, mart ayının 10-da Almaniyada əməliyyat olunan futbolçu bu mövsüm yaşıl meydanlara çıxa bilməyəcək.
 
Əldə etdiyimiz məlumata görə, təcrübəli yarımmüdafiəçi bu gün növbəti dəfə Almaniyaya yollanıb.  Milli komandamızın üzvü təkrar müayinə üçün Münhenə üz tutmalı olub. 
 
Qeyd edək ki, Əmirquliyev yayda komanda ilə məşqlərə başlaya biləcək. O, avrokuboklar mövsümündə komandasına kömək edə biləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right