Rauf Əliyevin həyati qorxusu yoxdur

Xəbər verdiyimiz kimi, "İnter"in hücumçusu Rauf Əliyev Azərbaycan Premyer Liqasının 32-ci turu çərçivəsində "Sumqayıt"a qarşı ev oyununu sonunda ağır zədə alaraq, təcili xəstəxanaya aparılmışdı.

Newsport.az-ın məlumatına görə, ötən gün həkimlər ona ilkin tibbi yardım göstərdikdən sonra futbolçu özünə gəlib.

Hazırda onun həyati qorxusu yoxdur. Bu gün Əliyevin evə buraxılması gözlənilir. Amma o, müalicəsini ev şəraitində davam etdirməli olacaq. Futbolçunun məşqlərə nə vaxt başlayacağı isə hələ dəqiq bilinmir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right