“Qarabağ” “Neftçi”nin rekordunu təkrarladı

"Qarabağ” növbəti dəfə Azərbaycan çempionu olub.

Newsport.az-ın məlumatına görə, Ağdam təmsilçisi Azərbaycan Premyer Liqasının XXXII turunda əsas rəqibi "Zirə”ni səfərdə 2-0 hesabı ilə məğlub edərək sona 4 tur qalmış aradakı xal fərqini 15-ə çatdırıb və çempionluğunu rəmsmiləşdirib.
 
Bu, Qurban Qurbanovun komandasının tarixində ümumilikdə 4-cü çempionluğudu. Ağdamlılar çempionluq sayına görə yalnız "Neftçi”dən geri qalırlar. 
 
"Köhlən atlar” ardıcıl üçüncü dəfə çempion olmaqla "Neftçi”nin uğurunu təkrarlayıb. Bakılılar 2010/11, 2011/12, 2012/13 mövsümlərində ardıcıl 3 dəfə Azərbaycan çempionu adını qazanmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right