Rəşad Sadıqov: “Meydanda doğma qardaşım da olsa...” MÜSAHİBƏ

Azərbaycan Premyer Liqasının XXXII turunda "Qarabağ” səfərdə "Zirə” üzərində 2-0 hesablı qələbə qazanıb. Bu qələbə sayəsində Ağdam klubu ardıcıl üçüncü dəfə Azərbaycan çempionu olmağı bacarıb. Matçdan sonra "Qarabağ”ın kapitanı Rəşad Sadıqov Newsport.az-n suallarını cavablandırıb: 

 - "Çox çətin və vacib qələbə qazandıq. Düşünürəm ki, ilk hissəyə nisbətən ikinci hissədə daha yaxşı təsir bağışladıq. Çempionluğu məhz "Zirə” ilə oyunda təmin etmək istəyirdik. İstəyimizə çatdığımız üçün çox sevincliyəm.”
 - Matçdan öncə "Qarabağ”ın "Zirə”yə güzəşt edəcəyi ilə bağlı xəbərlər yayılmışdı. Amma meydanda bunun tam əksini gördük...
- "Qarabağ” heç vaxt, heç kimə güzəştə getmir, getməyəcək də. Heç vaxt belə hallar baş verə bilməz. Meydanda doğma qardaşım da olsa, ona güzəştə getməyim mümkün deyil. 
 - Necə düşünürsən, ötən mövsüm olduğu kimi bu mövsümdə də "Qızıl dubl” edə biləcəksiniz?
- Bu barədə danışmaq tezdir.  Bizi qarşıda kubokun cavab oyunu gözləyir. Biz hələ də finala yüksəlməmişik. 
 - Bu dəfə "Qarabağ”ın daha asan çemion olması fikri ilə razısınızmı?
- Xeyr, bu fikirlə razı deyiləm. Sadəcə, komandamız daha təcrübəlidir. Əvvəlki çempionluqda komanda 10-12 xal fərqi ilə önə keçdikdən sonra futbolçularda müəyyən qədər arxayınlıq yaranırdı. Ard-arda xallar itirirdik. Amma bu mövsüm elə hallar yaşanmadı. 
 - Çoxları bu gün "Qarabağ”ın qarşısıalınmaz olduğunu düşünür. Bu fikirlə razısınız?
- Xeyr. Bütün ölkələrdə çempion yalnız 1 komanda olur. Hansısa favorit komandanın oyunu alınmır. Ola bilər ki, növbəti mövsüm bizim də oyunumuz alınmasın. Bu, futboldur və hər şey ola bilər. 
 - Çempionluğu necə qeyd edəcəksiniz?
- Xüsusi şəkildə qeyt etməyəcəyik. Buna vaxtımız yoxdur. Qarşıdan vacib oyunlar gəlir. 
 - Yəqin ki, istirahətə ehtiyacınız var...
- Təbii ki, istirahətə ehtiyacımız var. Amma təəssüf ki, buna vaxtımız yoxdur. Qarşıdan kubok, milli komandanın oyunları, daha sonra da avrkuboklar gəlir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right