"Nəticədən razı qala bilmərik" - Roman Qriqorçuk

Azərbaycan Premyer Liqasının XXXII turunun “Qəbələ” – “Neftçi” oyunundan (2:2) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib.

Newsport.az-ın məlumatına görə ukraynalı mütəxəssis oyundan sonra bunları deyib:
“Bu qarşılaşmada qalib gəlmək istəyirdik. Çünki turnir cədvəlində irəliləmək üçün bizə xal lazımdır. Bu, alınmadı. Təbii ki, nəticədən razı qala bilmərik. Oyuna gəlincə, hər şey fərqli də ola bilərdi. Yenə deməliyəm ki, imkanlardan istifadə baxımından heç nə dəyişməyib. Düzdür, iki qol vurduq. Amma bundan üç dəfə artıqı da vura bilərik. Lakin bunu gerçəkləşdirmədik. Rəqibi də qeyd etmək lazımdır. O qədər də çox olmayan səhvlərimizdən istifadə edib, qeydə alınan nəticəni qazandılar”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right