Zaur Svanadze: "Həmin an ən düzgün addım bu idi"

Azərbaycan Premyer Liqasının 32-ci turu çərçivəsində səfərdə "İnter"in qonağı olan "Sumqayıt" 2:2 hesablı heç-heçə edib.

 

Newsport.az-ın məlumatına görə, oyunsonrası keçirilən mətbuat konfransında "İnter”in baş məşqçisi Zaur Svanadze bunları qeyd edib:

 

- Bu cür oyundan sonra danışmaq çətindi. Sevinirəm ki, xalı xilas edə bildik. Ancaq oyunun 60 dəqiqəsini azlıqda oynadıq, Xizanişvili zədələndi, Rauf da belə. Çox acıyıram, yazıq uşaq. Sona 4 tur qalıb. Bacardığımız qədər mübarizə aparacağıq.


- Sezar Meza Kollini Kamran Ağayev qırmızı vərəqə aldıqdan sonra oyundan aldınız. Hücumameylli futbolçunu çıxararkən, şüuraltı olaraq hesabın 1:3 olacağını düşündünüz və böyük hesabla məğlub olmamağı gözünüzün önünə aldınız?
- Xeyr, Sezar da zədəlidi və oyuna tam hazır deyil. Bunu nəzərə alıb, onu əvəzlədik. Əsla məğlubiyyət barədə düşünmürdük. Sadəcə, həmin an ən düzgün addım bu idi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right