Bu gün Azərbaycan Premyer Liqasında 32-ci tura yekun vurulur.
Newsport.az-ın məlumatına görə, son oyun günündə üç görüş baş tutacaq.
Öncə “İnter”lə “Sumqayıt” çıxacaq. Bir neçə gün öncə Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində üz-üzə gələn və qalmaqallı matçın (1:1) iştirakçısı olan "Qəbələ" ilə "Neftçi" qısa müddət kəsiyində ikinci dəfə qarşılaşacaq.
Hesabat turunun sonuncu və mərkəzi oyunu isə lider "Qarabağ"la əsas izləyicisi "Zirə" arasında baş tutacaq.
Azərbaycan Premyer Liqası
32-ci tur
1 may (bazar)
19:00. “Zirə” – “Qarabağ” 0-2
Qol:Dani,29 (0-1), Reynaldo, 74 (0:2)
Hakimlər: Orxan Məmmədov, Akif Əmirəli, Mehman Mahmudov, Fərid Məmmədov
Zirə İdman Kompleksinin stadionu
“Qəbələ” – “Neftçi” - 2:2
Qol: Aleksey Qay, 21-pen. (1:0), Ruslan Qurbanov, 33 (1:1), Rəşad Sadiqov, 50 (2:1), Elşən Abdullayev, 64 (2:2)
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Munis Abdullayev, Ramil Əhmədov
Qəbələ şəhər stadionu
“İnter” – “Sumqayıt” - 2:2
Qol: Vaqif Cavadov, 6 (0:1), Mirsahib Abbasov, 11 (1:1), Amil Yunanov, 19 (1:2), Nika Kvekveksiri, 90+3-pen. (2:2)
Qırmızı vərəqələr: Kamran Ağayev, 27 ("İnter"), Cəmil Hacıyev, 90+2 ("Sumqayıt)
Hakimlər: Ömər Paşayev, Azər Əsgərov, İsgəndər Əliyev, Fariz Yusifov
“İnter Arena”