AZAL-ın legioneri: “Pul yox, futbol haqqında danışmaq istəyirəm” MÜSAHİBƏ

Azərbaycan Premyer Liqasının XXXII turunda AZAL doğma azarkeşləri önündə "Xəzər Lənkəran”ın 1-0 hesabı ilə məğlub edib. Oyundan sonra meydan sahiblərinin moldovalı qapıçısı Stanislav Namaşko Newsport.az-a müsahibə verib:

 
"Mənim fikrimcə çox çətin matç keçdi. İlk 15-20 dəqiqədə üstünlük rəqibin tərəfində idi. "Xəzər Lənkəran” oyuna çox yaxşı başlamışdı. Bəlkə də həmin dəqiqələrdə bəxt bizim tərəfimizdə idi.”
 
- Oyuna zəif başlamağınızın səbəbi nə idi?
- Dəqiq fikir bildirə bilmərəm. "Xəzər Lənkəran”ın futbolçuları topa daha çox nəzarət edirdilər. Bunun nəticəsində matçın ilk dəqiqələrində böyük problemlə üz-üzə qalmışdıq. Lakin sonradan komandamız özünü toplamağı bacardı. 
 
- Fasilədən sonra AZAL-ın daha yaxşı oyun sərgiləməsinə səbəb nə idi?
- Fasilə ərəfəsində məşqçimiz bizimlə söhbət etdi və harada səhvlər buraxdığımızı başa saldı. Fasilədən sonra da oyunun asan alındığını deməzdim. Sadəcə, ilk hissəyə nisbətən yaxşı futbol sərgilədik. 
 
- Topu oyunda daxil etdiyin zaman baş məşqçiniz Tərlan Əhmədov bəzi hallarda sənə irad bildirirdi...
- İş prosesində belə hallara rast gəlmək olar. Oyun zamanı meydanda emosiyalar yüksək olur. Mən baş məşqçimizin irad və göstərişlərini anlayışla qarşılayıram. 
 
- Nöbəti turda "Neftçi” ilə üz-üzə gələcəksiniz. Fikirləriniz necədir?
- Biz çox yaxşı bilirik ki, "Neftçi” bizdən revanş almağa çalışacaq. Onlar matça çox ciddi hazırlaşacaqlar. Bu dəfə bizi məğlub etmək üçünmeydana çıxacaqlar. Çox çətin qarşılaşma olacaq. İstədiyimiz nəticəyə çatmaq üçün çoxlu gü sıər etməli olacağıq. 
 
- Avrokuboklara vəsiqə uğrunda "Neftçi” ilə oyunu həlledici saymaq olar?
- Bu, 6 xallıq oyun olacaq. Bizim məqsədimiz meydanda layiqli mübarizə aparmaqdır. 
 
- Mövsüm başa çatmaq üzrədir. Hər hansı klubdan rəsmi təklif almamısan?
- Yox, heç bir klubdan rəsmi təklif almamışam. 
 
- Bilirik ki, AZAL-da maddi vəziyyət yüksək deyil. Futbolçuların maaşı çox olmasa da, komanda yaxşı futbol sərgiləyir. Uğurun sirri nədədir?
- Bu barədə nəsə fikir bildirmək istəməzdim. Pul yox, futbol haqqında danışmaq istəyirəm.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right