Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında 32-ci turun daha 3 oyunu keçirilib.
Newsport.az-ın məlumatına görə, baş tutan 3 görüşdə qapılara 9 qol vurulub.
Bu tur evdə "Neftçi"ni 3:0 hesabı ilə məğlub edən gənc məşqçi Ramin Quliyevin komandası sona 4 tur qalmış çempionluğunu rəsmiləşdirib.
Qeyd edək ki, bu, "Qəbələ"nin əvəzedici komandasının tarixində ilk çempionluğu olub.
30 aprel
“İnter” - “Sumqayıt” - 2:2
Qollar: Fərahim Budaqov, 12 (1:0), Nurlan Əhmədov, 18 (1:1), Mənsur Nəhavəndi, 40 (2:1), Pərdis-Fərcad Azad, 53 (2:2)
“Qəbələ” - “Neftçi” - 3:0
Qollar: Sahil Mirzəyev, 11 (1:0), Ramil Hasanov, 13 (2:0) Ülvi İsgəndərov, 75 (3:0)
“Zirə” - “Qarabağ” - 1:1
Qollar: Əl Hərbi Əl Jadeyui, 31 (0:1), Vüsal İsgəndərli, 48-pen (1:1)
Turnir cədvəli