"Qarabağ" "İnter Arena"dan imtina edir

"Qarabağ" "İnter Arena"dan imtina edə bilər.

Newsport.az-ın məlumatına görə, Azərbaycanda keçiriləcək 17 yaşadək futbolçulardan ibarət yığma komadalar arasındakı Avropa çempionatının bəzi oyunları "Azərsun Arena"da keçiriləcəyinə görə, Ağdam klubu may ayındakı ev oyunlarını "İnter"in stadionunda keçirməyə qərar vermişdi.

Amma ağdamlılar hazırda "Əlincə" stadionunun rəhbərliyi ilə danışıq aparır. Bu arena "İnter Arena"dan fərqli təbii ot örtüyünə malikdir. Lakin "Qarabağ" 33-cü turun "Sumqayıt"la ev oyununu "İnter Arena"da keçirməli olacaq. Çünki "Əlincə"də "Neftçi" AZAL-la qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right