"Oyunda həmin qərarı verərkən heç bir şübhəm yox idi. Bunu simulyasiya kimi dəyərləndirdim. Üstəlik, Aleksey Qayın dizini qatlamağı məni yayındırdı.Ancaq evdə epizodun təkrarına baxdıqda şoka düşdüm".
Newsport.az-ın məlumatına görə, bunu FİFA referisi Əliyar Ağayev Azərbaycan Kubokunun yarımfinal mərhələsində keçirilmiş "Neftçi" - "Qəbələ" matçında baş vermiş penalti epizodu ilə bağlı fikirlərini bildirərkən deyib.
Ə.Ağayev oyun zamanı "Neftçi"nin qapısına penalti təyin etməsə də, yanlış qərar verdiyini söyləyib