Xaqani Məmmədov “Qəbələ”nin futbolçusunu təhqir etdi

AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov "Qəbələ”nin yarımmüdafiəçisi Rəşad Sadiqovu təhqir edib.

Newsport.az-ın xəbərinə görə, Məmmədov "Neftçi” ilə oyundan sonra Sadiqovun verdiyi açıqlamalardan narazılığını gizlətməyib: "Sadiqov aldığı ikinci sarı vərəqəyə görə narazılıq etməkdə haqsızdır. O, qələt edir. Hakimin qərarı yüzdə yüz doğru idi. Təkrardan da görünür ki, onun əli topun qarşısını kəsir. Bu, qəsdən edilmiş hərəkət idi”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right