Ötən həftə keçirilən “Rəvan” - AZAL oyununda zədələnərək meydançanı tərk edən qonaq komandanın futbolçusu Kamal Mirzəyev üçün mövsümü bitmiş saymaq olar.
Newsport.az-ın xəbərinə görə, həkim müayinəsində keçirilən yarımmüdafiəçi çempionatın sonuna qədər məşqlərə çıxa bilməyəcək.
Sağ ayağının pəncə sümüyündə çat aşkar olunduğu üçün Kamalın ayağı gipsə salınıb. Klub həkimlərinin bildirdiyinə görə, futbolçu yalnız 3 həftədən sonra gipsdən azad olunacaq.
Xatırladaq ki, AZAL-da daha öncə Taqim Novruzov belə ciddi zədə alaraq, mövsümü erkən başa vurmaq məcburiyyətində qalmışdı.