"İnter”in baş məşqçisi Zaur Svanadze Azərbaycan Premyer Liqasının XXXII turunda "Sumqayıt”a qarşı keçirəcəkləri oyunun hazırlıqları barədə danışıb.
Newsport.az-ın məlumatına görə, klubun rəsmi saytına açıqlama verən mütəxəssis bu sözlərə yer verib: "Sumqayıt”la oyuna hazırlıq prosesi normal keçir. İndi biz daha çox çempionat oyunlarına köklənmişik və qarşıdakı tur "Qarabağ”la keçirdiyimiz son ağır oyundan sonra azarkeşlərimiz qarşısında bəraət qazanmağa çalışacağıq. "Sumqayıt” yaxşı komandadır və bizi gərgin matç gözlədiyini anlayırıq."
Gürcüstanlı mütəxəssis həmçinin komandanın zədəli və cəzalı futbolçuları barədə məlumat da verib: "Sezar Meza Kollinin və Kamran Ağayevin "Sumqayıt”la oyuna çıxmaları hələlik sual altındadır. Fuad Bayramov qırmızı vərəqə aldığından meydana çıxa bilməyəcək. Nizami Hacıyev, İlkin Qırtımov və Elnur Abdullayev zədəlidirlər”.