Dodo: "Panatinaikos"dan heç bir təklif almamışam"

"Qəbələ"nin yarımmüdafiəçisi Dodo Yunanıstanın "Panatinaikos" klubunun onunla maraqlanması barədə xəbərlərə şərh verib.

Newsport.az-ın xəbərinə görə, braziliyalı futbolçu sözügedən ölkə mətbuatına açıqlamasında bunları söyləyib:

"Son zamanlar mən nələrin baş verdiyini xüsusi izləyə bilmirdim. Çünki Braziliyada idim. Bu barədə heç nə bilmirəm. Çünki "Panatinaikos"dan mənə heç bir təklif gəlməyib. Gələcək karyeramın necə olacağını hələ bilmirəm. Mənə bir qədər üzücüdür. Çünki uzun müddətdir oynamıram. Hansısa təklif gəlsə, ona baxmaq olar". (gazzetta.gr)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right