"Kəpəz" Bakı hazırlığını başa vurdu

Azərbaycan Premyer Liqasının 32-ci turunda Gəncə şəhər stadionunda “Rəvan”ı qəbul edəcək “Kəpəz” dünəndən qarşıdakı matçın hazırlığına başlayıb.

Newsport.az-a klubun baş məşqçisi Şahin Diniyevin verdiyi məlumata görə, Gəncə təmsilçisi "Bakı"nın bazasında məşq edib.

Komandanın bir müddət zədəli olan futbolçusu Namiq Ələsgərovun durumu yaxşılaşdığından o, artıq qrup halında məşqlərə qoşulub. Bundan öncə üç gün həkim nəzarəti altında fərdi qaydada hazırlaşan Ələsgərov əsasən bərpaedici məşqlər üzərində işləyib.

Bu gün Bakı hazırlığını tamamlayan “Kəpəz” sabah Gəncəyə gedəcək. Komandanın “Rəvan”la oyundan öncəki məşqi görüşə ev sahibliyi edəcək arenada keçiriləcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right