Azərbaycan Kubokunun finalı üçün 3 variant

Futbol üzrə Azərbaycan Kubokunun finalı Bakıda keçirilə bilər. 

Newsport.az-ın məlumatına görə, bu barədə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev bildirib.

Gəncə şəhər stadionunun hazırkı vəziyyətinə toxunan qurum rəsmisi final görüşünün paytaxtda keçirilmə variantının olduğunu deyib: "Gəncə stadionu uyğun olmasa, final görüşü Bakıda keçiriləcək. Oyun Bakı Olimpiya Stadionu və ya "Dalğa Arena"da keçirilə bilər".

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Kubokunun final görüşünün Gəncə şəhər stadionunda keçiriləcəyi açıqlanıb. Hazırda həmin stadionda təmir işləri gedir. Final oyunu mayın 26-da olacaq. Finala vəsiqə uğrunda "Qarabağ", "Qəbələ", "İnter" və "Neftçi" klubları mübarizə aparır ("Report").

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right