Xaqani Məmmədov: "Əliyar Ağayev cəzasız qalmayacaq"

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin "Neftçi" - "Qəbələ" maçtında səhvə yol verən Əliyar Ağayev cəzalanacaq.

Newsport.az-ın məlumata görə, bu barədə AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov məlumat verib.
Komitə sədri baş hakim Əliyar Ağayevin maçtın 74-cü dəqiqəsində baş verən epizodla bağlı qərarını səhv adlandırıb: "O ana qədər yaxşı idarə edirdi. Ancaq həmin epizodda hakim səhvi olub. Çempionlar Liqasının 1/4 finalında keçirilmiş "Atletiko" - "Barselona" maçtında Nikola Ritsoli qonaqların penaltisini vermədi. Nə oldu? Başını kəsdilər? Hakim də insandır və o da səhv edə bilər. Bu səhvə görə cəzalanacaq. Əliyar dünəndən özünə gələ bilmir. Bir daha qeyd etmək istəyirəm ki, hakim də insandır və səhv edə bilər".

Qeyd edək ki, aprelin 28-də keçirilmiş "Neftçi" - "Qəbələ" matçının 74-cü dəqiqəsində meydan sahiblərinin qapıçısı Aqil Məmmədov cərimə meydançası daxilində "qırmızı-qaralar"ın üzvü Aleksey Qaya qarşı kobud oynayıb. Matçın baş hakimi Əliyar Ağayev həmin epizodu simuliasiya kimi qiymətləndirib və ikinciyə sarı vərəqə göstərib. Matç 1:1 hesabı ilə başa çatıb.

Report





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right