Yaşar Seyidov: "Bu gün heç bir divizion təmsilçisi lisenziya tələblərinə cavab vermir"

Bu gün "Bakı" klubunun bazasında Məşqçilər Komitəsinin (MK) birinci divizion təmsilçilərinin rəhbər və məşqçiləri ilə görüşündə aşağı dəstə klublarının nümayəndələri lisenziya tələblərinin yumşaldılması təklifini irəli sürüb. 

Newsport.az-ın məlumatına görə, geniş müzakirəyə səbəb olan bu mövzu bir andaca Yaşar Seyidovun müdaxiləsindən sonra qapanıb.

"Bakı"nın vitse-prezidenti lisenziyalaşdırma qaydalarının 5 əsas müddəasının olduğunu bildirərək, birinci divizion təmsilçilərindən heç birinin bu tələblərə tam cavab vermədiyini dilə gətirib:

"Bu gün heç bir divizion təmsilçisi lisenziya tələblərinə cavab vermir. Mövcud vəziyyətdə məhz bu fəsadların aradan qaldırılmasına diqqət yetirməliyik".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right