Bu gün "Bakı" klubunun bazasında Məşqçilər Komitəsinin (MK) birinci divizion təmsilçilərinin rəhbər və məşqçiləri ilə görüşündə MK sədri Vaqif Sadıqov təçəbbüslə çıxış edib.
Newsport.az-ın məlumatına görə, təcrübəli mütəxəssis birinci divizion təmsilçilərinin oyunçularından ibarət yığma komandanın təsis edilməsi təklif edib.
Divizion klublarının rəsmiləri Sadıqovun təşəbbüsünə olduqca isti münasibət bəslədi. Böyük ehtimalla, yaxın zamanlarda bu ideya həyata keçiriləcək