Rəhman Hacıyev: Hakimin penaltini necə görmədiyini bilmirəm

"Neftçi"nin yarımmüdafiəçisi Rəhman Hacıyev Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri ilk oyunu (1:1) şərh edib.

Newsport.az-ın məlumatına görə, komandasının yeganə qoluna imza atan futbolçu bunları söyləyib:

"Oyuna çox pis başladıq. Yalnız buraxılan qoldan sonra ayıldıq. Hər iki komandanın qol vurmaq üçün şansları oldu. Bir epizodda penalti də var idi. Hakimin həmin epizodu necə görmədiyini bilmirəm. Öz meydanımızda oynadığımız üçün qol vurmaq, qələbə qazanmaq istəyirdik. Artıq qarşıdakı oyunlara hazırlaşmalıyıq". (CBC)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right