Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyununda səfərdə "Neftçi"ylə bərabərə qalan (1:1) "Qəbələ"nin yarımmüdafiəçisi Rəşad Sadiqov oyunla bağlı fikirlərini bildirib.
Newsport.az-ın məlumatına görə, Sadiqov oyun barədə bunları deyib:
"Bir az diqqətsizlik etdik. Bunun da nəticəsində qapımızda top gördük. Çoxlu qol fürsətlərimiz olsa da, bunlardan yararlana bilmədik. Hər şeyə rəğmən, səfərdə 1:1 hesablı heç-heçə də yaxşıdı. Cavab oyununda daha yaxşı oynayaraq finala vəsiqə qazanıb, azarkeşlərimizi sevindirməyə çalışacağıq".
Kapitan qırmızı vərəqə aldığı epizodda oyunun baş hakiminin düzgün qərar vermədiyini deyib: "Bu vərəqəni hakimin öz vicdanına yazıram. Oyundan sonra epizodun təkrarına baxıb, verdiyi qərardan utansın. Ancaq futbolda belə hallar olur. Ümid edirəm ki, komanda cavab oyununda mənim yoxluğumu hiss etdirməyəcək və qələbə qazanacağıq".