Vəli Qasımov: “Çox risk etmək istəmədim”

Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində baş tutan "Neftçi” – "Qəbələ” oyunu 1-1 hesablı bərabərliklə başa çatıb.

Newsport.az-ın məlumatına görəoyunsonrası mətbuat konfransında "Neftçi”nin baş məşqçisi Vəli Qasımov fikirlərini bildirib: "İlk hissədə çox zəif oynadıq. İkinci hissədə isə qol imkanları yaratdıq. Erik Ramosun olmamasında görə, müdafiədə çox əziyyət çəkdik.”
 
- Son oyunlarda qapıçı dəyişikliyinə yol verirsiniz. Bunun səbəbi nədir?
- Qapıçılarımızın hər ikisi oynamalıdır. Burda hər hansı problem görmürəm. 
 
- Hakimin qərarlarından razısınızmı?
- Hakimlik haqqında danışmaq istəmirəm. Hamıda səhvlər olur. Mən daha çox komandamızda səhvlər axtarıram.
 
- Ayltonu ehtiyatda saxlamağınız və sonradan meydana buraxmağınız nə ilə bağlı idi?
- Çox risk etmək istəmədim. Erik Ramosun olmaması müdafiəmizdə problem yaradır. Aylton da hücumameyilli futbolçu olduğu üçün risk etmək istəmədim. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right