"Bu mövsüm hakimlər minimum 15 xalımızı əlimizdən alıblar"

Azərbaycan Kubokunun ilk yarımfinal matçı çərçivəsində keçirilən “Neftçi” – “Qəbələ” matçından sonra əyalət təmsilçisinin  baş məşqçisi Roman Qriqorçuk mətbuat konfransı keçirib.
Newsport.az-ın məlumatına görə, ukraynalı mütəxəssis baş hakim Əliyar Ağayevi ağ yuyub, qara sərdi.
- Nəticədən narazıyam. Bu gün nəinki qələbə qazanmalıydıq, 3 və daha böyük top fərqi ilə qələbə qazanmalıydıq. Təəssüf ki, 200 faizlik qol imkanlarından yararlana bilmədik. Qoy məni yenə cərimələsinlər, amma bəyan edirəm: cari mövsümdə minimum 15 xalımızı əlimizdən alıblar.
- Düşünmürsünüz ki, bu cür bəyanatla halkimləri özünüzə qarşı daha da aqressiv edirsiniz?
- Bundan pis olmayacaq. Siz ancaq penalti epizodunu görürsünüz. Amma bununla iş bitmir. Qay sarı vərəqə limitinə yüklənir. Rəşad Eyyubov da həmçinin. Necə danışmayım? Əsəbim dözmür. Bu gün bilərəkdən məşqçi zonasından çıxdım ki, məni də qovsunlar. Bu şəraitdə işləməyim əhəmiyyətini itirir. Çünki bu ədalətsizliklə mübarizə aparmağın yollarını bilmirəm.
- Hakimliklə bağlı iradlarınızı bildirdiz. Bəs, medalın ikinci tərəfi?
- Bəli, çoxsaylı qol epizodlarını qaçırdıq və bu, bizi qayğılandırır.
- Qeyd etdiniz ki, hakimlər minimum 15 xalınızı alıb. Sizə elə gəlmir ki, “Qəbələ”ni bilərəkdən boğan 3-cü əl var?
- Yox, elə düşünmürəm. Ancaq real faktlar var. Siz – jurnalistlərin bunu təhlil etməyə vaxtınız olmur. Ancaq mən hər oyunumuzu təhlil edirəm axı! Təsəvvür edirsiniz nələr üzə çıxır?! Xırda follar, amma aşkar görünən, yaxud bir başqa misal çəkim. Oyunlardan birində cəmi 65 dəqiqə oynadıq. Qalan vaxtın 20 dəqiqəsini rəqib komandanın qapıçısı topla yerdə sərilib, vaxtı öldürürdü. Ən acınacaqlısı budu ki, azərbaycanlı hakimlərin səviyyəsini yüksək qiymətləndirirəm. Onlar oyunu əla idarə edə bilərlər. Bunun səbəbini “Qəbələ”nin hörmət sahibi olmaması ilə əlaqələndirərdim. Çünki götürün “Qarabağ”ı. Bu komanda sözün əsl mənasında top-klubdu! Bax, onlar hörmət sahibləridi və Ağdam təmsilçisinə qarşı belə hörmətsizlik görə bilməzsiz.
- Rəşad Eyyubovun sonradan meydana daxil olması və sonradan əvəzlənməsi nə ilə bağlı idi?
- Biz azlıqda oynayırdıq. Hücumçu çıxarıb müdafiəçi meydana buyraxmalı idim. Bu taktiki cəhətdən atdığım addım idi. Oyundan sonra Rəşaddan üzr istədim.
- Avropa Liqasında xarüqələr yaradan Dodo haradadır? 
- Dodo məndən çox həkimlə ünsiyyətdə olur. Hazrıda komanda ilə birlikdədir. Dodo çox yaxşı futbolçudur. Onunla hər hansı problemim yoxdur. Zədəsini sağaltdıqdan sonra komandamızla birgə olacaq.
 
Mərdan Həsənov




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right