Bu gün Azərbaycan kubokunun yarımfinal mərhələsinin oyunları keçirilib.
Newsport.az-ın məlumatına görə, “Neftçi” evdə “Qəbələ”ni qəbul edib.
1:1 hesabı ilə bitən qarşılaşmanın 90-cı dəqiqəsində qonaqların baş məşqçisi Roman Qriqorçuk meydana Pavel Paşayevi salıb. Qış fasiləsində transfer edilən müdafiəçi bununla da “qırmızı-qaralar”ın heyətində debüt oyununa çıxıb.