Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində "Neftçi” doğma azarkeşləri önündə "Qəbələ”ni qəbul edir.
Newsport.az saytının məlumatına görə, matçın65-ci dəqiqəsində "Qəbələ” öndə olan zaman "Neftçi” azarkeşləri tribunada öz etirazlarını bildiriblər. Stadionda olan əməkdaşımızın verdiyi məlumata görə, bakılı azarkeşlər "Neftçi”nin Müşahidə Şurasını istefaya səsləyiblər.
Qeyd edək ki, matçın 70-ci dəqiqəsində "Neftçi" hesabı bərabərləşdirib.