Qurban Qurbanov: "Olmayan şeylər barədə düşünmək istəmirəm"

Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində "Qarabağ” səfərdə "İnter”i 4-0 hesabı ilə məğlub edib.

Newsport.az-ın məlumatına görə,oyunsonrası mətbuat konfransında "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov fikirlərini bildirib: "Oyundan razı qalmadım. Süni örtük futbolçularımızın top itkilərinə çox yol verməsinə səbəb oldu. İlk fikrim topa daha çox nəzarət etmək idi. Futbolçularımı təbrik edirəm. Önəmli qələbə qazandıq.”
 
- Oyundan narazı qaldığınızı bildirdiniz. Nədən narazı qaldınız?
- Bildirdiyim kimi, daha çox nəzarət etmək istəyirdik. Daha az top itkisinə yol verməli idik. Daha da keyfiyyətli oynaya bilərdik.
 
- Növbəti turda çempionluğu rəsmiləşdirə biklərsiniz. Bu oyunun sizə motivasiya verəcəyini düşünmürsünüz?
-Kubok tam başqa, çempionat tam başqadır. Motivasiya baxımıdan problem yaşayacığımızı düşünmürəm. Futbolçularımız da çempion olacağımız günü gözləyir.
 
- Azərbaycan çempionatında başqa bir komandanın baş məşqçisi olsanız "Qarabağ”ı məğlub etmək üçün neçə gün düşünərdiniz?
- Olmayan şeylər barədə düşünmək istəmirəm. Amma bizim komandamız da az məğlub olmayıb.
 
- Migel Maderanın belə oyun sərgiləyəcəni gözləyirdiniz?
- Migeli bəyənib götürmüşdük.  Uzun müddət La Liqada oynayıb. Migel ümidlərimiz doğruldur. Amma hər oyun 1 futbolçudan daha çox şeylər gözləyirik.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right