"Qəbələ"də ciddi itkilər

Bu gün Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk görüşündə "Neftçi" ilə qarşılaşacaq "Qəbələ"nin heyətində 4 zədəli futbolçu var.

Newsport.az-ın məlumatına görə, "qırmızı-qaralar"ın baş məşqçisi Roman Qriqorçuk bugünkü matçda Ruslan Abışov, Sergey Zenyov, Dodo və Ermin Zetsin xidmətindən məhrum olacaq. Sözügedən futbolçular zədəli olduğundan ilk oyunu buraxacaqlar.

Əvəzində braziliyalı müdafiəçi Rafel Santos zədəsini sağaldıb.

Qeyd edək ki, qarşılaşma saat 19:00-da "Bakcell Arena"da start götürəcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right