Bədavi Hüseynov: "Başqa kluba keçmək barədə düşünmürəm"

"Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynov Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində "İnter"ə qarşı keçirəcəkləri ilk oyun öncəsi müsahibə verib.

- Sizi kubokun yarımfinalında bir neçə gün öncə asanlıqla yendiyiniz "İnter" gözləyir...
- "İnter" çox az qol buraxır. Bu da onların müdafiə xəttinin necə keçilməz olduğunun göstəricisidir. Eyni zamanda son oyunda onların aparıcı oyunçularının bəzisi bizimlə görüşdə iştirak etmirdi.

- Sizə elə gəlmir ki, "bankirlər" həmin görüşdə bütün imkanlarını göstərmədilər?
- Mənim fikrimcə, kubok matçında hər şey fərqli olacaq. Burada səhvləri bağışlamırlar. Bizə çox diqqətli oynamaq lazımdır. Necə ki, bunu son matçda bacardıq.

- Səfər oyununda sizin üçün ən yaxşı hesab edilə bilən nəticə nədir? Məsələn, heç-heçə?
- Ən əhəmiyyətlisi, ilk matçda qol buraxmamaqdır. Eyni zamanda qol vurmağa çalışmalıyıq. Finala yollanmaq üçün səfər oyununda qol vurmaq bizim üçün çox vacibdir.

- "İnter"i keçsəniz, yəqin ki, "Neftçi" ilə keçən ilki final təkrarlanacaq. Yoxsa siz finalda "Qəbələ" ilə oynamaq istərdiniz?
- Hələ biz bu barədə düşünmürük. İndi bütün diqqətimiz "İnter"lə oyunlara yönəlib.

- Bu oyundan sonra sizi çempionatda "Zirə" ilə həlledici xarakter daşıyan vacib matç gözləyir. Həmin oyunda çempionluğu təmin edə biləcəksiniz?
- Başa düşürük ki, bu oyun bizi çempion edə bilər. Ona görə də bizim üçün yaxşı bir motivasiya olacaq.

- Bu mövsüm çempionatın səviyyəsi əvvəlki kimi deyil. Düşünmürsünüz ki, bu, komandanızın avrokuboklardakı çıxışına təsir göstərə bilər?
- Mən çempionatın zəif olduğunu deməzdim. Avrokuboklar uğrunda necə mübarizə getdiyini görürəm. Birdən-birə 6-7 klub buna iddia edir. Düşünürəm ki, biz hər hansı bir problemlə üzləşərik.

- Maraqlıdır ki, çoxdandır sizin adınız başqa klublarla yanaşı çəkilmir...
- Mənim "Qarabağ" ilə iki illik müqaviləm var. Bu komandada hər şey məni qane edir. Bu üzdən də hər hansı bir keçid haqqında düşünmürəm.

azerisport.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right