Kvekveskiri Azərbaycanda qalmağın əleyhinə deyil

Cari mövsüm Azərbaycan Premyer Liqasında parlaq oyunu ilə diqqəti cəlb edən  futbolçulardan biri də "İnter”in yarımmüdafiəçisi Nika Kvekveskiridir. Təcrübəli yarıımüdafiəçi məhz göstərdiyi oyunla bir neçə klubun maraq dairəsində düşməyi bacarıb. Qazaxıstan mətbuatında yer alan məlumata görə, "İnter”in və Gürcüstan milli komandasının sabiq çalışdırıcısı Kaxaber Tsxadadzenin çalışdırdığı "Kayrat” və Belçika klublarından biri Nikanın xidmətindən maraqlıdır. 
 

Newsport.az saytının əldə etdiyi məlumata görə, Nika Azərbaycanda qalmağın əleyhinə deyil. 23 yaşlı  futbolçunun Bakı klubundakı taleyinə mövsümün sonunda aydınlıq gələcək. "İnter”in təklif etdiyi müqavilə şərtləri və Nikanın fikirləri üst-üstə düşərsə futbolçunun müqaviləsi artırılacaq. 
 
Qeyd edək ki, Kvekveskiri mövsümün əvvəlində Bakı klubuna cəlb olunub. O "bankirlər”in heyətində çıxdığı 20 oyunda 3 qol vurmağı bacarıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right