“Neftçi” “Qəbələ” önünə ciddi itkilərlə çıxacaq

Azərbaycan kubokunun yarımfinal mərələsinin ilk oyunları çərçivəsində "Qəbələ” ilə qarşılaşacaq "Neftçi” oyunun hazırlıqlarını başa vurub. 

Newsport.az saytının məlumatına görə, bakılılar "qırmızı qaralar”la qarşılaşmaya ciddi itkilərlə çıxacaq. 
 
Əldə etdiyimiz məlumata görə, sabah baş tutacaq qarşılaşmada baş məşqçi Vəli Qasımov müdafiəçi Xuan Alberto Melli və Erik Ramosun xidmətindən məhrumdur. Melli zədə olduğu üçün "Qəbələ” ilə qarşılaşmada iştirak etməyəcəksə, Erik Ramos cəzalı durumda olduğu üçün "qırmızı qaralar”ı "görməyəcək”. 
 
Qeyd edək ki, "Bakcell Arena”da baş tutacaq "Neftçi” – "Qəbələ” matçı sabah saat 19:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right