Prosineçki Əliyevi milliyə qaytarır

Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki "İnter"in hücumçusu Ruaf Əliyevi yenidən milliyə qaytarmağa hazırlaşır.

Newsport.az-ın məlumatına görə, millimizin forvardı uzun müddət idi ki, zədə səbəbindən nə komandasına kömək edə bilirdi, nə də Azərbaycan yığmasına dəvət alırdı.

Amma bir müddət öncə zədəsini tam sağaldaraq "İnter"in oyunlarında iştirak etməyə başlayan Əliyevin milliyə də qayıdacağı gün uzaqda deyil. Belə ki, xorvatiyalı baş məşqçi mayın 24-dən iyunun 4-nə qədər Avstriyada baş tutacaq toplanışa dəvət alacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right