"Kəpəz" “Rəvan” üçün başlayır

Premyer Liqanın 31-ci turunda səfərdə “Sumqayıt” üzərində qazanılan qələbədən sonra “Kəpəz”in futbolçularına iki günlük istirahət verilib.

Newsport.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda məşqləri sabah Bakıda bərpa edəcək.

Çempionatın 32-ci turunda Gəncədə “Rəvan”ı qəbul edəcək “sarı-göylər” aprelin 28-nə kimi paytaxtda hazırlıq keçəcək. Şahin Diniyevin komandası ayın 29-da isə doğma şəhərə qayıdacaq. Komandanın Bakı klubu ilə oyundan öncəki məşqi həmin gün Gəncə şəhər stadionunda keçiriləcək.

Qeyd edək ki, aprelin 30-da keçiriləcək “Kəpəz” – “Rəvan” oyunu saat 15:00-da başlayacaq və "CBC Sport" telekanalı vasitəsi ilə canlı yayımlanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right