“Neftçala” - “Ağsu” matçının keçirilmə yeri dəyişdirildi

"Neftçala” klubu Peşəkar Futbol Liqasına müraciət edib.

Newsport.az-ın məlumatına görə, müraciətdə klubun ev oyunlarının keçirildiyi Nəriman Nərimanov adına şəhər stadionunda dövlət tədbirinin baş tutacağı deyilir. 

Klub bununla əlaqədar olaraq, "Ağsu” ilə aprelin 30-da keçiriləcək görüşün yerinin dəyişdirilməsini istəyib. 

Müraciəti əsas götürüb, "Ağsu” klubunun razılığını alan PFL görüşün 29 aprel tarixdə Binə qəsəbə stadionunda keçirilməsinə qərar verib. Oyun saat 15:00-da başlanacaq. (PFL)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right