“Qəbələ”yə iki zədəli futbolçusundan sevindirici xəbər

"Qəbələ” Azərbaycan kubokunun  yarımfinal oyununun hazırlıqlarına start verib.

Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "qırmızı-qaralar” "Neftçi” ilə aprelin 27-də keçiriləcək səfər oyununa Bakıda hazırlaşır.
 
Topaz Premyer Liqasının XXXI turunun "Xəzər Lənkəran”la səfər matçından (1:0) sonra fasiləsiz hazırlıq keçən komanda dünən növbəti məşqini gerçəkləşdirib. Roman Qriqorçukun yetirmələri günün ilk yarısında baş tutan məşqdə iki qrupa bölünüb. Son matçın iştirakçıları bərpaedici məşqlə kifayətlənibsə, digər oyunçular topla çalışıb.
 
Bugünkü hazırlıq prosesi də iki qrup üzrə aparılacaq. Birincilər fiziki hazırlıq keçəcək, digərləri meydanda tapşırıqları yerinə yetirəcək.
 
"Qəbələ”nin zədəli futbolçularından Vojislav Stankoviç dünəndən komanda ilə məşq keçibsə, Rafael Santos bu gün kollektiv çalışmalara qatılacaq. Dodo, Ermin Zets, Sergey Zenyov, Ruslan Abışov və Vadim Abdullayev isə fərdi hazırlıq keçir.
 
Xatırladaq ki, aprelin 27-də baş tutacaq "Neftçi” – "Qəbələ” oyunu 8-ci km qəsəbə stadionunda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right