"Zirə"dən yeni rekord

Premyer Liqanın debütantı “Zirə” ardıcıl 4-cü quru oyununu keçirib.

Newsport.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, “Sumqayıt” (1:0), “Rəvan” (4:0) və “Xəzər Lənkəran” (1:0) üzərində qələbələrin ardından paytaxt klubu “Neftçi” ilə qolsuz heç-heçə edib.

İlk mövsümdür Premyer Liqada çıxış edən zirəlilər 31 turda özünün ən uzun quru seriyasına imza atıb. Komandanın qapıçısı Anar Nəzirov artıq 372 dəqiqədir qapısında qol görmür.

O, sonuncu dəfə 27-ci turun “Kəpəz”lə qarşılaşmasında qol üzüntüsü yaşayıb. Həmin matçın 78-ci dəqiqəsində komanda yoldaşı Tellur Mütəllimov avtoqol müəllifi olub.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right