"Rəvan” Premyer Liqada qalsa danışıqlar aparacağıq" - Ramazan Abbasov

Azərbaycan Premyer Liqasının XXXI turunda "Rəvan” doğma meydanında AZAL-ı 1-0 hesabı ilə məğlub edib. Oyundan sonra "Rəvan”ın kapitanı Ramazan Abbasov Newsport.az-ın suallarını cavablandırıb: 

 
- Əsas rəqibiniz "Xəzər Lənkəran”la xal fərqini heçə endirdiniz. Bu barədə fikirləriniz necədir?
- Əlbəttə, biz 3 xal qazanmağa və "Xəzər Lənkəran”a çatmağa çalışırdıq. Sonuncu turda da "Xəzər Lənkəran”la oyunumuz var. Çalışacağıq ki, həmin oyuna  qədər "Xəzər Lənkəran”ı 3 xal qabaqlayaq və cənublularla oyuna rahat çıxaq. AZAL-da yaxşı rəqib idi. Mövsüm ərzində Tərlan Əhmədovun komandasına 2 dəfə məğlub olmuşduq. Bu görüşü revanş matçı adlandırmaq olardı. 
 - AZAL ən güclü rəqiblərini məğlub edib "Rəvan”a yenildi. Düşünmürsən ki, AZAL meydana arxayın çıxmışdı? 
 -Ola bilər. Dediyim kimi, mövsüm ərzində bizi məğlub etməyi bacarmışdılar. Yəqin ki, bugünkü oyun daha asan keçəcəyini düşünüblər. 
 - Komandada maliyyə durumu necədir? Maaşlarınızı ala bilirsiniz?
- Bu ilin geridə qalan aylarının maaşlarını almışıq. Ötən ilin əmək haqqları  qalıb. Deyirlər ötən ilin borclarını AFFA verəcək. 
 - Bir kapitan kimi komandanı motivasiya edib oyunlara çıxarmaq sənin üçün çətin deyil?
- Nəinki kapitan, hər kəs bir-birinə dəstək olur. Bir birimizi başa düşürük. Sag olsun uşaqlar arasında qarşılıqlı hörmət var. Hər şeyin fonunda sonuncu pillədən qurtulmağa çalışırıq. 
 - Komandanın gələcəyi ilə bağlı nəsə deyilirmi? 
- Son məlumatıma görə, 1 pillə irəliləməyi bacarsaq komanda əsas liqada qalacaq. 9-cu pilləyə yüksəlmək üçün əlimizdən gələni etməyə çalışırıq.
 - Gələcək karyeranla bağlı nə deyə bilərsən?
- İlk növbədə öz oyunum haqqında fikirləşirəm. Gələn il nə olacağını indidən bilmək olmaz. "Rəvan” Premyer Liqada qalsa danışıqlar a





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right