Stankoviç başladı, Santos bu günü gözləyir

"Qəbələ” Azərbaycan kubokunun 1/2 final oyununun hazırlıqlarına start verib.
Newsport.az-ın məlumatına görə, "qırmızı-qaralar” "Neftçi” ilə aprelin 27-də keçiriləcək səfər oyununa Bakıda hazırlaşır.Azərbaycan Premyer Liqasının XXXI turunun "Xəzər Lənkəran”la səfər matçından (1:0) sonra fasiləsiz hazırlıq keçən komanda bu gün növbəti məşqini gerçəkləşdirib.
 
"Qırmızı-qaralar” günün ilk yarısında baş tutan məşqdə iki qrupa bölünüb. Son matçın iştirakçıları bərpaedici məşqlə kifayətlənibsə, digər oyunçular topla çalışıb. Sabahkı məşq prosesi də iki qrup üzrə aparılacaq. Birincilər fiziki hazırlıq keçəcək, digərləri meydanda tapşırıqları yerinə yetirəcək. "Qəbələ”nin zədəli futbolçularından Vojislav Stankoviç  komanda ilə məşq keçibsə, Rafael Santos bu gün kollektiv çalışmalara qatılacaq. Dodo, Ermin Zets, Sergey Zenyov, Ruslan Abışov və Vadim Abdullayev isə fərdi hazırlıq keçir.
 

Xatırladaq ki, aprelin 27-də baş tutacaq "Neftçi” – "Qəbələ” oyunu "Bakcell Arena”da keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right