Samir Abasov: "Bu heyətdən cəmi 6 futbolçu saxlayacam"

Azərbaycan Premyer Liqasının XXXI turu çərçivəsində doğma meydanda "Kəpəz"i qəbul edən "Sumqayıt" 2:3 hesablı qələbə qazanıb.

Newsport.az-ın məlumatına görə, oyunsonrası keçirilən mətbuat konfransında "Sumqayıt"ın baş məşqçisi Samir Abasov bunları qeyd edib:

"Bilmirəm nə baş verirdi. Əgər mətbuat konfransına gəlmək məcbur olmasaydı, gəlməzdim. İstəyirəm ki, çempionat tez başa çatsın.

-  Əgər futbolçulardan narazısınızsa, əvəzediciləri oynadın...

- Əvəzedici heyətimiz çempionatda 3-cü yerdə gedir. Onların əziyyətin yerə vurmaq olmaz. Ona görə də, onları əsas komandaya gətimək düzgün olmaz".

- Vaqif Cavadov çoxlu top itkilərinə yol verirdi...

- Mən saydım. O, cəmi 3 dəfə topu itirdi. Vaqif meydanda ən yaxşılardan idi. 

- Mövsümün tez başa çatmağını istəməyənizə səbəb nədir?

- Heyəti tam dəyişəcəm. 12-13 futbolçu ilə danışıqlara başlamışıq. Bu heyətdən cəmi 6 futbolçu saxlayacam.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right