"Ümidimiz onadı" - Rəhman Hacıyev

"Neftçi"nin yarımmüdafiəçisi Rəhman Hacıyev "Zirə" ilə oyundan sonra Newsport.az-ın suallarını cavablandırıb. 

 
- "Zirə" ilə oyun necə keçdi?
- Turnir cədvəlində sonlarda getməyimizə baxmayaraq hər bir oyuna ciddi hazırlaşırıq. Bugünkü oyun çətin oldu. Bizi qarşıda "Qəbələ" ilə kubok oyunları gözləyir. Belə baxanda, ümidimiz yalnız kubokdur. Çox ciddi hazırlaşırıq.

- Deməli, çempionatdan avrokuboklara qatılmağın gec olduğunu qəbul edirsən?

- Əlbəttə, yox, qəbul etmirəm. Qarşıda oyunlar var və qalib gəlsək, irəli düşə bilərik. 

- Ancaq "Neftçi" belə demək olarsa, kuboku seçib?

- Seçmişik deyəndə ki, ümidimiz onadır və çox ciddi hazırlaşırıq. İnşallah, qələbə qazanarıq. Kubok matçlarına çox az vaxt qalıb. 

- "Qəbələ" ilə 1 həftədə ardıcıl 3 oyun keçirəcəksiniz. Bu, sizə nə dərəcədə çətin olacaq?

- Çətin bir şey olmayacaq. Belə ardıcıllıq normal bir şeydir. Əvvəl burda oynayacağıq. Sonra səfərə yola düşürük. Çempionatdakı matçdan sonra Qəbələdə qalacağıq.
 - Ola bilərmi ki, Qəbələdəki çempionat oyununa önəm verməyib gücünüzü kubokda cavab matçına saxlayacaqsınız?
- Xeyr. Bütün oyunlara ciddi çıxacağıq. Əvəzedici futbolçularımız var. Hamımız bir nəfər kimi çıxıb canımızı qoyacağıq. Düzdür, bu oyunda qol imkanlarımız oldu, ancaq istifadə edə bilmədik. "Qəbələ" ilə oyunda istifadə edərik.

- Vəli Qasımovun gəlişindən sonra Əsgər Abdullayevin dövründəki futbolu oynaya bilmirsən. Ola blərmi ki, texnikalı futbolçu olduğundan Abdullayev sənə rahatçılıq verirdi?

- Milliyə gedəndə çox pis olmuşdum. Böyrəyimdə şiddətli ağrı olmuşdu. 10-15 gün məşq etmədim. Yenicə özümə gəlirəm. 

- Yəni oyun praktikan yoxdur, ona görə?

- Praktikanı demirəm. Sadəcə, hazır deyildim, Sağ olsun, Vəli müəllim, bugünkü oyunda mənə şans verirdi. Mən də çıxıb əlimdən gələni etdim

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right