"Neftçi"nin yarımmüdafiəçisi Erik Ramos "Zirə" ilə matçdan sonra Newsport.az saytının suallarını cavablandırıb:
- Matç barədə nə deyəcəksən?
- Çətin oyun alındı. Çox güc sərf etdik. Təəssüf ki, qalib gələ bilmədik. Qarşıda "Qəbələ" ilə çətin üç oyunumuz var.
- Çoxdandı ki, müsahibə vermirsiz. Heç özünüzə sual vermirsiz ki, niyə mətbuat sizinlə maraqlanmır?
- İspan dilinə tərcümə edən yox idi. İngilis dilində isə bilmirəm.
- Bakıda ispan dilini bilən çox azdı. Bu adiə həyatda sizə çətinlik yaratmır?
- İngilis dilində bir az bilirəm. Xeyr, elə də problem yaşamıram.
- Yayda "Neftçi"dən ayrılacağını demişdin. Bu komandada qalmayacağını bilə-bilə oyunlara hansı motivasiya ilə çıxırsan?
- Burada böyük vaxt keçirmişəm. Heç bir problem yoxdu və ola da bilməz.
- "Neftçi"nin iddialı vaxtlarında komandada çıxış etmisiz. Niyə komanda bu vəziyyətə düşüb?
- Heyf ki, əvvəlki kimi gücdə deyilik. Ümidvaram ki, gələcəkdə hər şey daha yaxşı olacaq.
- Niyə əvvəlki gücünüzü saxlaya bilmədiniz?
- Yeni proyektlə bağlı problem var. Onu düzgün qurmamışdılar. Hər dəfə yeni işçilər və futbolçular gəlirdi və belə olan halda ritmi saxlamaq olmur.
- Azarkeşlərin də sizə olan inamı itib. Hətta sizi ələ də salırdılar. Birinci diviziona yollanacağınıza işarə vururdular...
- Heç kim bu duruma düşmək istəməz. Qarşıdakı ik ildə əminəm ki, hər şey düzələcək.