"Qələbə çətin olmadı" – "Qəbələ"nin məşqçisi

"Qələbə qazandığımız üçün sevinirik. İlk yarıda hesabı artırmaq üçün xeyli qol imkanı da yaratdıq. Çempionatın sonunda bütün komandalar xal hesabını artırmaq istəyir. Bu səbəbdən hər oyun çətin olur"

Newsport.az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin məşqçisi  Mixaylo Savka Azərbaycan Premyer Liqanın 31-ci turunda "Xəzər Lənkəran"a 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra klubun saytına deyib.


O, nəticədən razı qaldığını bildirib:

"İlk yarıda imkanlardan istifadə etsəydik, hesabı artırıb, oyunu sakit tərzdə sona çatdıra bilərdik. Lakin bir az uğur çatmadı ki, imkanı qola çevirək. Deməzdim ki, qələbəni çətinliklə əldə etdik. İlk yarıda əldə etdiyimiz 3-4 qol imkanından yararlansaydıq, matçın taleyini fasiləyədək həll etmiş olardıq. “Xəzər Lənkəran”ın isə qapımız önündə real qol vəziyyəti yaratdığını xatırlamıram”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right