Əvəzedici heyətlərin yarışında "Xəzər Lənkənra"la görüşdə beş qol vuraraq "penta-trik" edən "Qəbələ"nin forvardı Ramil Həsənov diqqətləri üzərinə çəkib.
Newsport.az-ın məlumatına görə, Həsənovun Cənub təmsilçisi ilə görüşdə "penta-trik" etməsi Roman Qriqorçukun da diqqətindən yayınmayıb.
Aldığımız məlumata görə, "Tavriya" yetirməsi olan Ramil "Qəbələ"nin əsas komandasına cəlb edilib. Belə ki, əvəzedici heyət Qəbələyə qayıtsa da, Qriqorçuk forvardı komandada saxlayıb. Bu gün Premyer Liqanın 31-ci turu çərçivəsində keçiriləcək "Xəzər Lənkəran" - "Qəbələ" matçında Həsənovun adının "18liy"ə salınması gözlənilir.
Sportinfo.az