"Səfərə xal götürmək üçün gəlmişdik. Ancaq "Qarabağ"ın gücünə də bələd idik. Bilirdik ki, yaxşı top saxlayırlar. Biz də "Qarabağ"a qalib gəlmək istəyirdik. Ancaq heç cürə alınmadı. İnşallah qarşıdakı kubok oyunlarında uğurlu nəticə olar".
Bu sözləri Newsport.az-a açıqlamasında "İnter"in hücumçusu Vüqar Nadirov deyib.
Nadirov məğlub olmalarını özləri üçün yaxşı hesab edir: "Bəlkə də bu cür zəif oynamağımız yaxşı oldu. Yəni komanda kubokda lap yaxşı oynayar. Bəlkə də "Qarabağ"la oyunda uğurlu nəticə qazansaydıq bir az arxayınlaşma olardı. Kubok matçında daha ciddi oynayacağıq, sona kimi mübarizə aparacağıq".
"Futboldu da, olur hər şey. Xizanişvili böyük futbolçudu, İngiltərə, Türkiyə kimi ölkələrdə futbol oynayıb. Hər futbolçu səhv edə bilər, hətta güclü oyunçular. Yəni, heç kim səhvdən sığortalanmayıb. Biz ona heç nə deyə bilmərik" - deyə, Vüqar Nadirov fikirlərini yekunlaşdırıb.