Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında 31-ci turun oyunları keçirilir.
Newsport.az-ın məlumatına görə, "Xəzər Lənkəran" - "Qəbələ" matçında böyükhesablı qələbə qeydə alınıb. Belə ki, "Qəbələ" futbolçuları Cənub təmsilçisinin heyətindən 7 top keçirib.
"Xəzər Lənkəran"la görüşdə "pentra-trik" edən Həsənov həmin oyunu belə şərh edib: "Bu haqda nə deyəcəyimi də bilmirəm(gülür). Təbii ki, çox sevinirəm. Beş qol vurdum, yəqin ki, mənim günüm idi. Ancaq deməzdim ki, "Xəzər Lənkəran"ın əvəzedici heyəti zəifdi. Sadəcə onlardan meydanda çox sayda gənc oyunçular var idi".