Azərbaycan Premyer Liqasının XXXI turunda "Qarabağ” doğma meydanında "İnter”i 2-0 hesabı ilə məğlub edib. Oyundan sonra "Qarabağ”ın futbolçusu Migel Madera Newsport.az-ın suallarını cavablandırıb:
-"Çətin oyun oldu. Buna baxmayaraq 3 xal qazanıb məqsədimizə bir az da yaxınlaşdıq. ”
- Sənin üçün maraqsız oyun deyildi? Çünki yalnız "Qarabağ” hücum edirdi...
- Komdanın biri 9 nəfərlə müdafiə olunanda, digər komanda topu özündə saxlamağa məcburdu. Biz bə bunu etməyə çalışdıq. Güclü müdafiə qarşısında siz dediyiniz hal baş verə bilər. Nəticə etibariyla istədiyimiz nəticəni əldə edə bildik. Belə müdafiəyə baxmayaraq, yetərincə qol imkanlarımız oldu.
-Adətən, ispan futbolçular sakit tərzdə futbol oynamağı sevirklər. Amma bu səndə əksinədi. Bunun səbəbi nədir?
- Mən oyun zamanı bütün fikrimi meydançaya verirəm. Bəzən ola bilər ki, hislərimiz cilovlaya bilmirəm. Belə vəziyyətlərdə məşqçimiz və ya komanda yoldaşlarım aqressiv olduğumu mənə xəbərdar edir.
- Mövsümün əvvəlində "Qarabağ”a transfer olunanda, ən az oynayacaq futbolçulardan bir kimi hiss olunurdun. Amma hazırkı məqamda daim əsas heyətdə mübarizə aparırsan...
- Mövsümün əvvəlində formada deyildim. Həmçinin, komanda üzvləri ilə bir-birimizi yaxşı tanımırdıq. Amma hal hazırda formadayam, şans qazanıram. Komandama kömək etmək üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışıram.
- Kubokun yarımfinalında da "İnter” lə qarşılaşacaqsınız. Həmin qarşılaşma haqqında fikirləriniz necədir?
- Düşünürəm ki, kubokdakı oyun bu gün baş tutan qarşılaşmadan çətin olacaq. Çünki "İnter” mürəkkəb komandadır və müdafiə olunmağı çox yaxşı bacarır. Bundan əlavə meydança fərqi də özünü göstərəcək.
- Mövsüm başa çatmaq üzrədir. Azərbaycan futbolu haqqında ümumi fikrin necədir?
- Özümü Azərbaycanda evdə olduğum kimi hiss edirəm. Hər şeydən razıyam.
- "Qarabağ”ı İspaniyanın hansı klubu ilə müqayisə edə bilərsən?
- Fərqli liq alar olduğuna görə, müqayisə aparmaq çətin olar. Oyun stilinə görə, "Qarabağ” daha çox top saxlayır. "Qarabağ”ın oyun stili "Barselona”ya bənzəyir. Təbii ki, keyfiyyət başqadır.