Yuri Fomenko: “Öz oyunumdan razı deyiləm” MÜSAHİBƏ

Azərbaycan Premyer Liqasının XXXI turunda "İnter” səfərdə "Qarabağ”a 2-0 hesabı ilə məğlub olub. Oyundan sonra "İnter”in forvardı Yuri Fomenko Newsport.az-ın suallarını cavablandırıb:
 
"Qarabağ” yaxşı oynadı. Doğrudan da, çox üstün futbol sərgilədirlər.”

 - "İnter” döyüşkən komandadı. Amma bu gün o, döyüşkənliyi görmədik...
- Bu futboldu. Bəzən alınır, bəzən alınmır. 
 - Mövsümün ilk yarısında çox zəif çıxış edirdin. Qış fasiləsindən sonra isə stabil oyun nümayiş etdirirsən...
- Futbolda bunu başa düşmək olar. Məın məşq edirəm, artırıram. Bu işdə məşqçilərim mənə kömək edirlər. 
 - Bu gün zəif oynamağınıza səbəb nə idi? Demək olar ki, "İnter” çempionatı yox, kuboku düşünür?
- Hər bir oyuna eyni qaydada, eyni motivasiyada çıxırıq. Çempionat və ya kubok uğrunda mübarizə aparmağımızın fərqi yoxdur. 
 - Komandanın stabil oynamamağına səbəb nədir? UEFA-nın tətbiq etdiyi sanksiya işinizi çətinə salmır?
- Hər hansı sanksiyanın oyunumuza təsiri yoxdur. Sadəcə, deyə bilərəm ki, bəzən alınır, bəzən alınmır. Futbolda bu başadüşüləndir. 
 - Mövsüm başa çatmaq üzrədir. Öz oyunundan razısanmı?
- Öz oyunum məni razı salmır. Öz üzərimdə çox işləməliyəm. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right