"Qarabağ"ın müdafiəçisi Maksim Medvedev "İnter"lə matçdan sonra Newsport.az-a müsahibə verib:
- Matçla bağlı nə deyəcəksən?
- Matç asan alındı, ancaq əsas olan qələbə idi ki, onu da qazandıq. Bu mərhələdə səhv etmək istəmirik. Yaxın izləyicilərimizlə aramızdakı xal fərqini saxlamalıyıq. "İnter"ə qarşı oyunumuz yaxşı alındı, top saxladıq.
- Düşünmürsən ki, rəqibiniz çox zəif oynadı?
- Bu onların daxili işidi. Bizim işimizim meydana çıxıb qalib gəlmək idi.
- Heç fikirləşmirsən ki, "İnter" gücünü kuboka saxlayır?
- Bəlkə də kubokda daha güclü oynayacaqlar.
- "Qarabağ" öz seçimini edib?
- Biz hər iki cəbhədə mübarizə aparırıq. Kubokda da qalib olmaq istəyirik.
- Rəqiblərinizi xal ehtiyatında çox qabaqlamısız...
- Bizim öz strukturumuz var. Əvvəl 14-15 oyunçumuz var idi, indi isə iki heyətlə oynayırıq. Biz olmasaq da, digər oyunçular meydana çıxa bilər. "Qarabağ"la mübarizə apara biləcək komanda yoxdu? Belə olsaydı, üç dəfə məğlub edilməzdik.
- Üç məğlubiyyət çoxdu?
- Şadam ki, yalnız üç dəfə uduzmuşuq. Biz daha çox qol vurub, daha az qol buraxmaq istəyirik.
- Son oyunlarınızı sünii örtüklü meydanda keçirəcəksiz. Bu oyununuza mənfi təsir göstərəcək?
- Bəli, çətin olacaq. Biz zədələnmək istəmirik. Təbii örtüklü meydanda məşq edirik, oynayırıq.
- Maraqlıdı ki, heç vaxt adınız transfer xəbərlərində hallanmır. Nədən irəli gəlir bu?
- "Qarabağ" mənim üçün doğma klubdu. Uşaqlıqda elə bu klubda oynayıram. Burada daha çox vaxt keçirirəm, nəinki evdə. Heç yerə də getmək istəmirəm. Mənə təklif olanda, dərhal yox deyirəm.