"Çempion olmaq istəyirik" - Muarem Muarem

"Qarabağ"ın makedoniyalı futbolçusu Muarem Muarem Azərbaycan Premyer Liqanın 31-ci turunda "İnter"ə bu gün evdə qalib gəldikləri oyunla bağlı düşüncələrini bölüşüb.

Newsport.az-ın məlumatına görə, 2:0 hesabı ilə qələbə qazandıqları matçda 2-ci qolun müəllifi olan yarımmüdafiəçi "CBC Sport"a açıqlamasında çətin oyunun olduğunu söyləyib:

"Bunu bilərək matça ciddi hazırlaşmışdıq. Yaxşı futbol göstərdik və vacib qələbə qazandıq. Qarşıda hələ oyunlarımız var. Bundan sonra da uğurlu çıxış etməyə çalışacağıq. Çempion olmaq istəyirik".

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right